image-qanunla-reklam
image-dmitry-medvedev-2016

Medvedyev Qazaxıstanı təhqir etdi – Sensasiya

image-lady-day-az

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiyanın müttəfiqlərini təhdid edib.

Qanunla.Az xəbər verir ki, Medvedyev təhdid mesajlarını Vkontakte hesabında paylaşıb.

“Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq”, – Medvedyev bildirib.

Bundan başqa, Medvedyev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb.

Onun sözlərinə görə, Qazaxıstan süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb.

“Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, – Medvedyev yazısında bildirib.

Qeyd edək ki, Medvedyev bir müddətdən sonra irihəcmli statusunu silib. Ancaq skrin-şotlar artıq dünya mediasını bəzəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki