image-qanunla-reklam
image-1639339147-211203102214-man-utd-arsenal-large-169

“Mançester Yunayted”in futbolçuları koronavirusa yoluxdu

image-lady-day-az

“Mançester Yunayted” klubu koronavirus təhdidi ilə üzləşib.

Qanunla.Az xəbər verir ki, bu səbəbdən komandanın bazar günü məşqi planlaşdırıldığı kimi keçməyib.

Bir neçə futbolçu və klub əməkdaşının koronavirus testi müsbət çıxıb. Testi müsbət çıxanlar məşqdən öncə evlərinə göndərilib.

Komandadan bildirilib ki, dekabrın 11-də “Norviç”lə səfər matçından əvvəl mankunialıların heç bir testi müsbət çıxmayıb.

Qeyd edək ki, hazırda “Mançester Yunayted”lə “Brentford” arasında çərşənbə axşamına planlaşdırılan oyunun baş tutub-tutmayacağı ilə bağlı heç bir məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki