image-qanunla-reklam
image-5d217e55-9771-3884-a94b-001270e34be4_850

Mahir Emreli: “Ən yaxşısını etməyə çalışıram”

image-lady-day-az

Polşa “Legiya”sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun azarkeşi ilə görüşüb.

24 yaşlı hücumçu bu barədə İnstaqram hesabından paylaşım edib.

Forvard “Yagelloniya”ya 1:0 hesabı ilə qalib gəldikləri XVI tur matçından sonra tərəfdara qısa dialoq yaşayıb. Fanat Emreliyə “Yaxşı oynadın, mənim dostum. “Legiya”nın tarixi qədimdir. Bu səbəbdən, daha yaxşı oynamağa çalışmalısan” deyib.

Azərbaycanlı futbolçu isə “Mən ən yaxşısını etməyə çalışıram” cavabını verib.

Qeyd edək ki, “Yagelloniya” ilə görüşdə qolun ötürməsini məhz Mahir Emreli verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki