image-qanunla-reklam
image-670561fb-b35c-409a-b786-7a979f510047

Magistral Qaz Kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, 3 rayonun qaz təchizatında fasilə yaranacaq

image-lady-day-az

2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

Qanunla.Az xəbər verir ki, 06.06.2023-cü il tarixində saat 14:00-dan etibarən 08.06.2023-cü il tarixində işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
06-08.06.2023 tarixlərində təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki