image-qanunla-reklam
image-1668750710_4700736b6e503943823aa081aeba3848

Lənkəranda 19 yaşlı oğlan QƏTLƏ YETİRİLDİ

image-lady-day-az

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qanunla.az”a verilən məlumata görə, araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki