image-qanunla-reklam
image-1661950517-nbksuhl2hfclnseylr6brnop2z318ji-mijfnuwr9mobddebbizcnty8qdjf6rej58vu9memmok3ee2nhsr6iseo9g1n_wjj-cvkino_yu5e-mtudzo0t3w

Lavrovdan sərhədlərin delimitasiyası ilə bağlı mühüm açıqlama

image-lady-day-az

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda nəqliyyat kommunikasiyalarının yaxın vaxtlarda bərpa olunacağına ümid etdiyini bildirib.

Qanunla.Az xəbər verir ki, bu barədə o, iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup ritmik işləyir və tərəflər artıq razılaşmaların əldə olunmasında mühüm addımlar atıb.

“Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə fəaliyyət göstərən üçtərəfli qrup Cənubi Qafqazda ticarət-iqtisadi və nəqliyyat əlaqələri blokunun açılması məsələləri ilə məşğuldur. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşlərdə keçən gün sözün həqiqi mənasında müntəzəm təmaslar baş tutdu. Bunlar üç liderin 9 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılmış üçtərəfli işçi qruplardır. Razılaşmaların əldə edilməsində mühüm irəliləyişlər var”, – deyə nazir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki