image-qanunla-reklam
image-1662025602_35_main-v1662023951

Lavrov rus diplomatların təhqir edilməsindən şikayətləndi

image-lady-day-az

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə rus diplomatlarının təcrid olunmasından və təhqir edilməsindən şikayətlənib.

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Qərbin özünün bütün alətləri və mexanizmləri bir anda bloklaması faktı ilə yanaşı, diplomatlarımıza hər hansı təmaslar sadəcə olaraq rədd edilir”, – Lavrov qeyd edib.

Bu arada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova G20 sammitində təkcə siyasətçilər deyil, dünya mediası da məhəl qoymayıb . Xatırladırıq ki, G20 sammiti iştirakçılarının əksəriyyəti tərəfindən açıq şəkildə boykot edilən Lavrov tədbiri erkən tərk edib . Həmçinin, bəzi xarici işlər nazirlərinin işğalçı ölkənin xarici işlər naziri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina etməsi səbəbindən builki G20 sammitinin bütün iştirakçılarının ənənəvi fotosessiyası ləğv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki