image-qanunla-reklam
image-lavrov-irevan

Lavrov İrəvanda səfərdədir

image-lady-day-az

Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı İrəvana ikigünlük səfəri başlayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanda KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. İclasa Rusiya Prezidenti Valdimir Putin də qatılacaq. Onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki