image-qanunla-reklam
image-1662006657_lavrov-dha_16_9_1614890883-880x495-1_16_9_1635370832_16_9_1661982648

Lavrov bu ölkənin ərazilərinə “göz dikib”

image-lady-day-az

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən forumda Moldova sərhədləri daxilində yerləşən və müstəqilliyini birtərəfli elan edən Dnestryanı bölgə ilə bağlı açıqlamalar verib.

“Qanunla.az” xəbər verir ki,  Moldovanın Dnestryanı bölgə ilə birbaşa dialoqa başlaması lazım olduğunu ifadə edən Lavrov, “Moldovadakı rus və rusdilli əhalinin maraqlarına heç bir şəkildə zərər vurulmaması üçün əlimizdən gələni edəcəyik”, – deyib.

XİN rəhbəri Moldovada, əsasən rus və rusdilli insanların, o cümlədən 200 minə yaxın Rusiya vətəndaşının olduğunu bildirib.

Rusiya sülhməramlılarının bu bölgədə olmasına diqqət çəkən Lavrov , “İndi biz və Dnestryanı administrasiyası birbaşa dialoqun bərpasının tərəfdarıyıq. Dnestryanı hökumət buna hazırdır. Kişinyov administrasiyasını buna çağırırıq. Amma Sandu (Moldova prezidenti) və komandasının bəyanatlarına əsasən, onlar ABŞ və Avropa İttifaqının göstərişi ilə bu dialoqun olmasını istəmirlər. Görünür, onlar bu məsələnin qeyri-diplomatik yolla həll olunacağına ümid edirlər”, – deyə  bildirib.

Moldovada Dnestryanı bölgədən başqa Qaqauz Muxtar Vilayətinin də olduğuna diqqət çəkən Lavrov, “Bu bölgə də xüsusi statusa sahib olmaq istəyir. Əslində sözügedən bölgənin bəzi xüsusi status elementləri var. Düşünürəm ki, Moldova administrasiyası Qərbin yeritdiyi geosiyasi oyunlardan əl çəkərək, çiyin-çiyinə yaşayan insanların maraqlarını nəzərə alaraq düzgün addım atacaq”,- deyə  vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki