image-qanunla-reklam
image-1659733249_fbcover

Latviya rusiyalılara vizaların verilməsini dayandırdı

image-lady-day-az

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb.

“Qanunla.az” xəbər verir ki, yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir.

Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə görə (individual baxılırdı) qısamüddətli vizalar əldə etmək mümkün olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki