image-qanunla-reklam
image-siyasi_-rakurs222

Laçının azad olunması ilə biz bütövləşdik

image-lady-day-az

2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciət edərək Laçının azad olunması müjdəsini verdi. 28 illik işğala son qoyuldu.  Beləliklə, Azərbacan Ordusu uzun illərdən sonra Laçına daxil oldu. Təbii ki,  Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.

Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, ardınca Laçın rayonunu nəzarəti altına keçirtdi.  Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.

Həmsədr dövlətlərin iştirakı ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi barədə söhbət getsə də orada mövqe birtərəfli idi. Düşmənin havadarları bu həqiqəti üzdə qəbul edir, əslində isə ermənipərəst mövqe tuturdular. Təbii ki, Azərbaycan heç bir zaman işğalla barışmayıb, işğal edilmiş ərazilərinin azad edilməsi üçün  çalışırdı.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan Laçın rayonunun  ümumi sahəsi 1835 kvadrat kilometrdir. Laçın şəhəri əvvəllər Abdallar adlandırılmış 1924-cü ildən isə şəhər statusu alıb. 1930-cu ildən isə Laçın şəhəri rayonun mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü “məğrurluq” mənasındadır. Laçın rayonunun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, “Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır. Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.”

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki