image-qanunla-reklam
image-1693369856_1693288765_f64ecc5dad9329_64ecc5dad9369-thumb

Laçında erməni futbolçuların saxlanılma anı – VİDEO

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Azərbaycan bayrağını təhqir edən üç erməni futbolçu “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

“Qanunla.az” xəbər verir ki, onlar barədə Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan hüdudlarından kənara çıxarılması təmin olunacaq.

Erməni futbolçuların saxlanılma anının videosunu təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki