image-qanunla-reklam
image-ilham

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır

image-lady-day-az

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır.

Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə ilə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Bu sözsüz ki, Azərbaycan tarixində milsiz hadisə idi. Ölkəmiz post-münaqişə dövründə də qarşıya qoyulan bütün hədəfləri ardıcıllıqla təmin edir.

İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük Qayıdış Konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün lazımi işlər görülür. Ən başlıcası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir.
23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır. Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

 

“Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı

II Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə 30 illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Bu mənada Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisə idi. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.“Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin postu qoyulduqdan sonra oradan Qarabağ ərazisinə humanitar yük adı ilə hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq edilməsi, Azərbaycana qarşı soyqırım cinayəti törətməkdə ittiham olunan cinayətkarların sərbəst hərəkəti onu göstərdi ki, sözügedən dəhliz erməni separatçılarının sərbəst hərəkəti üçün dayandırılmalı və Azərbaycan və beynəlxalq qanunlar çərçivəsində bura nəzarət edilməlidir.

“Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycanın suveren hüquqlarının təmin olunması təkcə Azərbaycan dövləti və xalqı üçün deyil Qarabağda azərbaycanlılarla birlikdə dinc yanaşı yaşamaq istəyən erməni əhalisinin də qələbəsidir. Çünki sülhün təmin olunması Qarabbağ ermənilərinin alət kimi istifadə edilməsinin qarşısını tezliklə alacaq və onlar dinc həyatlarına qovuşacaqlar. Həmçinin beynəlxalq səviyyədə “Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı Azərbaycan hökmütənin hümanitar məqsədlər üçün buraxılış məntəqəsinin açıq olduğunu və aparılan təbliğatın absurd olduğunu da üzə çıxardı.

Erməni tərəfinin manipulyasiyalarının strateji hədəfi “humanitar” bəhanələrdir. “Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı burada özünü açıq şəkildə göstərmiş olur. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulub. Ona görə də, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunlar bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır”.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir.

2023-cü il aprelin 23-də Laçın rayonuda, Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. Məntəqənin yaradılması ilə Ermənistan və onun xarici havadarlarının beynəlxalq aləmdə hay-küy salıb, Qarabağda yaşayan ermənilərin blokadada qalması, ərzağa, dərmana və digər tələbat mallarına ehtiyacları olması ilə bağlı kompaniyalar aparır. Lakin sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəklənib və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edilib.

Müalicə və digər məqsədlərdən ötrü insanlar rahat şəkildə sərhəddən keçir. Bu da erməni yalanlarını ifşa edir. Qeyd etmək lazımdır ki, dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması önəmlidir. Məqsəd bu ərazidə yaşayan dinc erməniləri cəmiyyətimizə inteqrasiya etmək, onların Azərbaycan qanunları əsasında yaşamasıdır. Dövlətimizin başçısının bəyan etdiyi kimi, əgər kimsə Azərbaycanın tərkibində yaşamaq istəmirsə, yol açıqdır, hara istəsələr, gedə bilərlər.
Qarabağda yaşayan erməni sakinlər separatçı rejimin əlində alət olmamalıdırlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar. Bu, dövlətimizin prinsipial mövqeyidir. Ona görə də, ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni sakinlərimiz öz gələcəkləri barədə qərar verməlidirlər.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki