image-qanunla-reklam
image-1661403941_2021-06-24-15-00-15iljmhtaw7nllnsuvyhjo_file_493d9d1eea30180a3052

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

image-lady-day-az

Tarixin özü qədər qədim olan Azərbaycan zəngin təbii sərvətlərinə, əlverişli, coğrafi və strateji mövqeyinə görə əsrlər boyu yadelli qəsbkarların, imperialistlərin təcavüzünə məruz qalıb. Çoxəsrlik, dövlətçilik tarixinə sahib xalqımız minilliklər boyu müstəqilliyi, suverenliyi yolunda mübarizə aparıb. Uğrunda can verməyə hazır olduğumuz Vətən üçün əcdadlarımız sinəsini sipər edib, bu torpağın hər qarışında qanı ilə tarix yazıb.

Laçın rayonunun işğaldan azad olunması tarixi bir hadisədir. Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Meşələr planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən işğaldan azad olunan ərazilərin meşə sahələrini 30 il ərzində qırıb, talayıb və yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük sahəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.
Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsünkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yaradacaq.

Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.

Vətən müharibəsində silahlı qüvvələrimizin rəşadətli zəfər yürüşü onun dünyanın ən güclü orduları sırasında yer almasının məntiqi nəticəsi idi. Elə büna görə də sentyabrın 27-də ölkəmizin işğalçıya qarşı başladığı əks-hücum əməliyyatı tam qələbə və düşmənin kapitulyasiyası ilə yekunlaşdı. Bununla da, Azərbaycan bu savaşda parlaq qələbə qazandı, işğal altındakı torpağımızı düşmənlərdən təmizlədi. Müzəffər Ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, qələbə uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü.

Müzəffər Ali-Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamanda regionu, o cümlədən, dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi.

Erməni faşizminin üzərində çalınan bu tarixi qələbə Azərbaycan Respublikası Prezidentinin, Ordusunun və Xalqın birliyindən güc aldı. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının Anım Günü, noyabrın 8-i isə Azərbaycan Respublikasının Zəfər Günü kimi qeyd ediləcəkdir.

Bu birlik var olduqca üç rəngli bayrağımız daima yüksəklərdə dalğalanacaq, ölkəmiz neçə-neçə uğurlara imza atacaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki