image-qanunla-reklam
image-1661403941_2021-06-24-15-00-15iljmhtaw7nllnsuvyhjo_file_493d9d1eea30180a3052

Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var

image-lady-day-az

Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var

Laçın xalqımızın qədim yaşayış  məskənlərindəndir. Laçın rayonu tarixi, mədəniyyət və memarlıq abidələrinə, zəngin yeraltı və yerüstü sərvətlərə malik əsrarəngiz gözəlliyi olan bir yerdir. 1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və bu gün erməni işğalından azad olunmuş Laçın rayonu ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki