image-qanunla-reklam
image-media-965ec228574b8fe-1wukp60l4ovzcfsg3hib

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

image-lady-day-az

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir

Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. Laçın sözü “məğrurluq” mənasındadır. Laçın inzibati rayonu 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olmaqla ümumi sahəsi 1835 kvadrat kilometrdir. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Burda Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbədi yerləşir. Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıqla məşğul idi.

Laçın rayonu 1992-ci il 18 maydan etibarən işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib. Rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb. İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə 30 illik işğala son qoyduq və ərazi bütövlüymüzü təmin etdik.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir.

Sovet hakimiyyəti 1991-ci ildə dağıldı. Bunu nəticəsində Azərbyacan xalqı öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyində sərişdəsiz insanların gəlməsi daxildə özünü siyasi qüvvə hesab edən xalq Cəbhəsi partiyası və onun yandaşları hakimiyyətlə razılaşmayaraq qanunsuz silahlı dəstələr yaradaraq hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu fürsətdən istifadə edən ermənilər isə Laçın rayonu 18 may 1992-ci ildə işğal edirdilər. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Belə bir xarici təhlükənin olmasına baxmayaraq daxildəki yarıtmaz hakimiyyət və pozucu qüvvələr olan olan AXCP-müsavat cütlüyü birləşərək 1992 – ci ilin mayın 18-də Laçın rayonu düşmən qarşısında müdafiəsiz qoyaraq paytaxt Bakı şəhərində kreslo uğrunda mübarizə aparırdılar. Bu günlərim populis çıxışları ilə cəmiyyəti çaşdırmağa çalışan AXC-müsavat cütlüyünün hakimiyyət sevdaları uğruna Laçın kimi cənnət güşəmizi düşmənə verdilər.

Müzəffər Ali Baş Komndan, Prezident cənab İlham Əliyevin rəhbərliyi 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Rəşadətli Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Bunnlada laçın rayonu işğaldan azad edildi. Üç tərəfli Bəyanata əsasən “Laçın dəhlizinə” alternativ yolun çəkilməsi ilə Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün 2022-ci ilin avqustun 25-nə kimi vaxt verdi. Beləliklə, 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq. Həmin ilin sentyabrın 21-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırdı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar

1980-ci illərin sonunda Laçın rayonda cəmi çox az sayda erməni yaşayıb, müharibə nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin fəal şəkildə məskunlaşması təxminən 30 illik işğal dövründə də davam etmişdir. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkə əhalisinin sayının sürətlə azaldığı halda, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əhalinin sayı süni şəkildə artırdı. İşğal olunmuş ərazilərdə yerli əhalinin yerinə üçüncü ölkələrdən ermənilər gətirilirdi. Bununla belə, 2015-ci ilə olan məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin sayı qeyri-qanuni olaraq buraya köçürülən sakinlərin hesabına art artıb. Köçürülənlərin əksəriyyəti – Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda və Qubadlıda məskunlaşdırılmışdı. Köçürülənlərin əksəriyyəti Suriyadan, eləcə də Livandan  etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması  kütləvi olmuşdur. Onların əvvəllər işğal olunmuş Laçın şəhərinə, Zabux və Sus kəndlərinə yerləşən yeni yaşayış sahələrinin sayının sürətlə artdığını göstərən tikililər olmuşdur. Rəsmi İrəvan Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə həmin yaşayış məntəqlərində qəsəbə salınmışdır.

Həmçinin 2020-ci ilin payızında İkinci Qarabağ – Vətən müharibəsi zamanı fəal məskunlaşdırma fəaliyyəti zəngin iqtisadi imkanları, o cümlədən su ehtiyatları, faydalı qazıntılar və enerji və kənd təsərrüfatı potensialı ilə Ermənistanın məskunlaşdırma siyasətində “prioritet” statusuna malik olan və əvvəllər işğal altında olan Zəngilan, Laçın və Kəlbəcər rayonlarında qeyri-qanuni məskunlaşdırılmış əhalinin sayı xeyli yüksək olduğu məlum oldu.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfərlə ermənilərin və onun havadarlarının bu məkirli siyasətini məhv etdik.

Famil Abbasov – Zərdab rayon Alıcanlı kənd sakini, Vətən mühribəsi iştirakçısı

 

 

Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi misilsiz tarixi hadisə olamsı və qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratması hər bir daha Azərbaycanlıda dərin minnətdarlıq hissi yaradıb., Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərindən köçürülməsi təmin eilmişdir. Bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə verdiyi tapşırıqlara uyğun hazırda sürətlə qurculuq və abadlıq işləri aparılır. Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası doğma yurda qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılıb, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir. Prezidentb cənab İlham Əliyev çıxışında “Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır” deyə bildirib.

Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər və indi isə doğma yurda qayıdışa hazırlığın başlanması Prezident cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq

Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi 30 ilə yaxın bir dövr ərzində erməni işğalında olan ərazilərimizin azad edilməsi ilə nəticələndi. İşğal dövründə erməni vandalları Azərbaycan torpaqlarında böyük dağıntılar həyata keçirmiş və bu ərazilərdə mövcud olan bütün infrastrukturu demək olar ki, tamamilə məhv etmişlər. Ona görə də Qarabağ müharibəsi bitdikdən dərhal sonra bu yerlərdə bütün istiqamətlərdə, o cümlədən dağıdılmış enerji infrastrukturunun yenidən qurulması, bərpası məqsədilə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanıldı. Bərpa prosesində əsas məqsəd energetika sahəsində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastruktur şəbəkəsinin yaradılmasıdır. Bu gün bu işlər uğurla həyata keçirilir və bərpa prosesinə qabaqcıl texnoloji şirkətlər cəlb edilmişdir. Artıq azad olunmuş ərazilər, bütövlükdə Qarabağ “yaşıl enerji” zonası elan edilmişdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən elektroenergetika infrastrukturunun yaradılmasına start verildi. Strategiyada hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisi və onların yüksək gərginlik xətləri ilə enerji sisteminə inteqrasiyası həyata keçirilir. Hazırda Azərbaycanın işğaldan azad olumuş ərazilərində ümumi gücü 240 meqavat olan 37 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlər görülməkdədir. Həmçinin yeddi elektrik stansiyasının sınaqdan keçirilməsi üzrə işlər aparılır və onların istismara verilməsini gözlənilir. 110 kilovat gücə malik üç yarımstansiyanın və 330 kilovat gücə malik bir yarımstansiyanın tikintisi üzrə işlər yüksək sürətlə aparılır. Cari ilin sonunadək yarımstansiyaların tikintisi üzrə işlərin tamamlanacağı gözlənilir. Laçın rayonunda üç elektrik stansiyasının yenidən qurulması aparılır və rayonda 19 su elektrik stansiyasının təmir edilməsi planlaşdırılır. Artıq

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki