image-qanunla-reklam
image-1667451791_24_main-v1667433282

KXDR Rusiyaya silah GÖNDƏRİR

image-lady-day-az

Şimali Koreya hakimiyyəti Yaxın Şərq və Afrika dövlətləri vasitəsilə Rusiyaya sursat göndərir.

“Qanunla.az” xəbər verir ki,  bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.

Onu  sözlərinə görə, ABŞ hakimiyyəti Şimali Koreyadan Rusiyaya silah ötürülməsinin qarşısını almaq üçün bütün imkanlarından istifadə etməyi planlaşdırır.

“Biz İranın Rusiyaya silah tədarükünün qarşısını almaq üçün hər fürsətdən istifadə edəcəyimiz kimi, Şimali Koreyadan Rusiyaya silah tədarükü ilə bağlı da eyni şeyi edəcəyik. Sanksiya mexanizmləri mövcuddur, biz əlavə vasitələrə və əlavə səlahiyyətlərə baxacağıq”, – Prays bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ Pxenyanın hərəkətlərinə təsir etmək imkanına malik olan bütün ölkələrin Şimali Koreyaya təsir göstərməsini tələb edir.

Xatırladaq ki, Şimali Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi bəyan etmişdi ki, bu ölkə Rusiyaya heç vaxt silah və sursat tədarük etməyib və bunu planlaşdırmır. KXDR bəyan edib ki, Rusiyanın yardımı ilə bağlı “şayiələr” onun “imicini ləkələmək” məqsədi daşıyır. Bundan əvvəl KİV-də Rusiyanın KXDR-dən artilleriya və raketlər üçün milyonlarla mərmi alması barədə məlumatlar yayılmışdı. Həmçinin bildirilib ki, Rusiya gələcəkdə Şimali Koreyadan başqa avadanlıq almağa cəhd edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki