image-qanunla-reklam
image-1669188327_default-1

KTMT-nin iclası keçiriləcək hotelə snayperlər yerləşdirilib

image-lady-day-az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də gözlənilən iclası öncəsi bu gün İrəvandakı “Dvin” hotelinin damına snayperlər yerləşdirilib. 

“Qanunla.az” xəbər verir ki,  bu  barədə erməni mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bu gün İrəvanda Nikol Paşinyanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyası, eləcə də KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının iclasları keçiriləcək.

KTMT-nin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kassim-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov və Tacikistan prezidenti Emoməli Rəhmonun iştirakı gözlənilir. İclasda KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.

Təhlükəsizlik Şurasının iclası zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki