image-qanunla-reklam
image-1659071424_96_main-v1659059945-1

Kreml Ukraynanın başına satqın deputatı qoymaq istəyirmiş – KİV

image-lady-day-az

Rusiya Ukraynanın marionet hökumətinin başına keçmiş deputat Oleq Tsarevi qoymaq istəyirmiş.

“Qanunla.az “ xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Rusiya hökuməti Kiyevi ələ keçirdikdən sonra oradakı hökuməti dəyişməyi planlaşdırırdı:

Kremlin Kiyevdəki marionet hökumətinə satqın Oleq Tsarev başçılıq etməli idi. Lakin gözlənilməz hadisələr odu. Kiyev rus qoşunlarını dəf edə bildi”.

Bununla yanaşı, yerli KİV fevralın 24-ü işğalın əvvəlində Tsarev 200 mindən çox Telegram izləyicisinə Kiyevin nəzarətində olan ərazini keçdiyini bildirib:

“Mən Ukraynadayam. Kiyev faşistlərdən azad olunacaq”.

Qeyd edək ki, Kiyevin Şevçenkov rayon məhkəməsi vətənə xəyanətdə ittiham olunan Ukraynanın keçmiş xalq deputatı Oleq Tsarevə hökm elan edib. O, qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də Regionlar Partiyasından olan keçmiş xalq deputatı Oleq Tsarev təqsirləndirilən şəxs qismində Kiyevin Şevçenkov rayon məhkəməsinə çağırılıb.

Ukraynaya rus qoşunları ilə gələn keçmiş Ukrayna xalq deputatı Oleq Tsarev hazırda Krivı Roğın rəhbərləri olan Yuri və Oleksandr Vilkuliyə müraciət edərək onlara “Rusiya ordusu ilə əməkdaşlıq etməyi” təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki