image-qanunla-reklam
image-ejjmogzxyaa9nef

Konstitusiya quruluşunun tarixində önəmli fakt

image-lady-day-az

Konstitusiya quruluşunun tarixində önəmli fakt

Dövlətçiliyə sahib olmaq Yer kürəsində yaşayan hər bir xalqın ən böyük arzusudur. Lakin bu arzunu gerçəkləşdirmək heç də hər bir xalqa nəsib olmur. Hətta müstəqillik qazanıldıqdan sonra da onu qoruyub saxlamaq və möhkəmləndirmək üçün sivil, ədalətli, milli və ümumbəşəri dəyərlərlə uzlaşan qanunların qəbul olunması tələb olunur. Sözsüz ki, bütün bunların təməlində də hər bir ölkənin Konstitusiyası dayanır.Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını özündə formalaşdırır. İnsanların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Dövlətin və xalqın idarə olunması, dövlət və xalq arasında yaranmış münasibətləri tənzimləmək üçün konstitusiyanın qəbul olunması ən əsas amillərdən biridir. “Konstitusiya” sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. Dünyada ilk konstitusiya 1787-ci ildə ABŞ-da qəbul edilib.
Azərbaycan Respublikası 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa etdi və 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi varisi oldu. Hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 aylıq qısa bir müddət ərzində kifayət qədər demokratik qanunlar qəbul etmiş, şərqdə ilk dəfə qadına seçki hüququ verən dövlət olmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurasında demək olar bütün partiya və fraksiyaların nümayəndələri təmsil olunurdu ki, bu da demokratiyanın sözün əsl mənasında təntənəsi idi.
12 noyabr 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu xalqımız və dövlətçiliyimiz adına əlamətdar hadisə idi. Konstitusiyamız ölkəmizin suverenliyini, müstəqilliyini, demokratik idarəçik prinsiplərinə sadiqliyini təsbit edir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Eyni zamanda konstitusiyamizda xalqımız və vətəndaşlarımız üçün kifayət qədər geniş hüquq və azadlıqlar, hüquqi və demokratik dövlət quruculuğunun bütün əsas hüquqi bazası öz əksini tapıb.
Unitar quruluşa malik olan ölkəmizdə həmrəylik dövlətçiliyimizin əsas təməl prinsipidir. Bu prinsip bütün siyasi, sosial, etnik və digər maraqlardan daha üstün sayılır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyası və onun tərkib hissəsi olan Multikulturalizm siyasəti də məhz xalqımızın, vətəndaşlarımızın həmrəyliyini özündə ehtiva edir.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarıldı. Azərbaycan xalqı təklif olunan bütün dəyişiklikləri demək olar yekdilliklə dəstəklədi, çünki onlar ölkəmizdə dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunlarımızın daha da demokratikləşdirilməsini, vətəndaşlarımızın hüquq və azadlıqlarının genişləndirilməsini nəzərdə tuturdu. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bütün islahatlar yalnız bir məqsədə xidmət edir, dövlətimizin qüdrətinə, xalqımızın rifahına.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi – İlahə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki