image-qanunla-reklam
image-1670995646_screenshot_20221010_120017

Kiyevdə ard-arda partlayışlar törədildi

image-lady-day-az

Ukraynanın üç regionunda: Kiyev, Jitomir və Vinnitsada hava həyəcanı elan edilib.

Qanunla.Az UNİAN-a istinadən xəbər  verir ki, Kiyevdə (xüsusən də Kiyevətrafı ərazilərdə və paytaxtın özündə) ard-arda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayılıb.

Bundan sonra Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba zenit müdafiəsinin işlədiyini təsdiqləyib.

Kiyev meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenko rayonunda partlayış səsləri eşidilib.

“Paytaxtın Şevçenko rayonunda partlayışlar olub. Xidmətlər hadisə yerinə gedir”, –  deyə o, təfərrüatlarla bağlı daha sonra məlumat verəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki