image-qanunla-reklam
image-1711802304-660804fe91a45660804fe91a461711801598660804fe91a42660804fe91a44

Kəlbəcərdə düşmənə məxsus 8 ədəd zenit topu aşkar edildi – FOTO

image-lady-day-az

Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları aşkar edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki