image-qanunla-reklam
image-1665387724_8d26847e547ef6c36a11f31d76d8f1b0

Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

image-lady-day-az

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

MN-dən Qanunla.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki