image-qanunla-reklam
image-1013761_671060619622450_216956274_nerftg

Kəlbəcər rayonunun yeni inkişaf dövrü

image-lady-day-az

Kəlbəcər rayonunun yeni inkişaf dövrü

44 günlük Vətətn müharibəsindəki Tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Həmin tarixdən başlayaraq digər işğaldan azad edilən ərazilərimiz kimi Kəlbəcər rayonuda yeni inkişaf dövrünə qədəm qoydu. Müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasına start verilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Kərimli Jalə – Rayon Gənclər Evinin direktoru

 

Kəlbəcərin doğma sahiblərinə qayıtması

1988-ci ildən başlayaraq separatçı erməni qüvvələri sovet himayədarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarına qarşı təcavüzə başladılar. 1991-ci ildə dövlət müstəqilliyi elan olundqdan sonra hakimiyyətə gələn səriştəsiz qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində həmin dövrdə hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal edilməsi böyük ərazidə Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Ulu öndər hakimiyyətə gəldikdən torpaqlarmızın azad edilməsi istiqamətində uğirlu siyasət həyata keçirdi və bu siyasi kursun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev uğurla davam etdirdi.

Həyata keçirilən uğurlu siyaətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Şamil Babayev – Zərdab şəhər sakini, fəal gənc

 

Kəlbəcərin təbii enerji potensialı

Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin relyefi dağlıq olan Kəlbəcər rayonu təbii ehtiyatlarının zənginliyi baxımından da xüsusi olaraq fərqlənir.

İşğaldan öncə sovet dönəmində Kəlbəcər və ətraf ərazilərin enerji potensialı olduqca yüksək olub. Kəlbəcərdə geotermal enerji potensialı mövcuddur. Kəlbəcər rayonu ərazisində 3093 kubmetr/gün termal su ehtiyatları vardır. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları, onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid yatağı, bir obsidian yatağı, bir listvenit yatağı var. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən “Levçay” yatağıdır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.

 Könül Rəhimova Heydər Əliyev Mərkəzinin  direktoru

 

Kəlbəcərin doğma sahiblərinə qayıtması

27 il düşmən tapdağı altında qalmış Kəlbəcərin boşaldılması Ermənistanın kapitulyasiya aktına imza atması ilə gerçəkləşdi. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatda öz əksini tapmışdı. Sənəddə nəzərdə tutulmuş bəndlərə əsasən Ağdam, Kəlbəcər və Laçın bir güllə də atılmadan öz sahiblərinə geri qaytarılmalı idi. Əlbəttə ki, bunu düşmənə məcbur edən Azərbaycan Ordusunun üstünlüyü və Ali Baş Komandanın yürütdüyü siyasət idi.

Kəlbəcər bu gün də Azərbaycanın ən dilbər guşələrindən biridir. Buradakı yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. Bu gün Azərbaycan xalqı öz torpaqları ilə yanaşı, öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları öz sahiblərinə qaytarıb. Artıq bu gün bütün diqqət doğma Qarabağımızın yenidən qurulmasına yönəlib. İndi biz qısa zaman ərzində Kəlbəcərin təbii sərvətləri hesabına, turizm potensialı hesabına qeyri-neft sektorunu inkişaf etdirməli olacağıq. Kəlbəcər Azərbaycan iqtisadiyyatına öz töhfəsini verən ən birinci rayonlardan biri olacaq.

Mayisə Xəlilova -Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur.

 Kəlbəcər  inzibati-ərazi vahidi 1930-cu ildə inzibati rayon statusu almışdır. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcərin kənd təsərrüfatında heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib. Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Alagöz Namazova  – Heydər Əliyev Mərkəzinin Elmi işçisi

 

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir.

Kəlbəcər rayonu işğaldan azad olundu.Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir.Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər.Ermənistana unitazla qaçan “sakin” erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi.İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Alagöz Namazova  – Heydər Əliyev Mərkəzinin Elmi işçisi

 

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir.

 Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də,  Kəlbəcər rayonu olub. Kəlbəcər rayonunun işğalı, o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər tərəfindən  talan edilmişdir. Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə  böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnika, canlı qüvvə göndərilmişdir.   Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.

Nəhayət Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Alagöz Namazova  – Heydər Əliyev Mərkəzinin Elmi işçisi

 

Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur

Əsrarəngiz təbiətə, zəngin təbii sərvətlərə malik olan Kəlbəcər rayonu  Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür.  Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu aldı. Sahəsi 3054 km²-dir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. ”Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayonun ərazisində ən qədim insan məskənləri yerləşir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayonun relyefi dağlıqdır. Kiçik Qafqaz dağlarının ən yüksək zirvəsi olan Gamışdağ (3724m), Şərqi Göyçə,Qarabağ silsiləsi və Qarabağ Vulkanik yaylasının bir hissəsi və. s burada yerləşir. Şimaldan Daşkəsən, Göy-göl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın, qərbdən isə Ermənistanla həmsərhəddir.Kəlbəcərin ərazisində Yura, Tabaşir, Paleogen, Neogen, Antropogen və vulkanik mənşəli süxurlar yayılmışdır. Rayonun ərazisi filiz faydalı qazıntılarla zəngindir. Burada zəngin qızıl(Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu), civə (Ağyataq, Şorbulaq), xrom yataqları vardır. Rayonun ərazisində eyni zamanda mineral ehtiyat olan İstisu yerləşir. İstisuyun həm müalicəvi, həm də turizmi inkişaf etdirmək baxımından çox böyük əhəmiyyəti vardır.

Kəlbəcərin həm yeraltı,həm də yerüstü sərvətlərlə zəngin olması hər zaman diqqətləri cəlb etmişdir.Bu səbəblərdən mənfur düşmənimiz olan ermənilər 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonunu işğal etdi.Rayonun işğalı zamanı 58 mindən artıq əhali məcburi köçkün,321 nəfər əsir götürülmüş,511 nəfər isə vəhşicəsinə öldürülmüşdür. 28 illik həsrətə cənab Ali Baş komandanımız İlham Əliyevin və igid əsgərlərimizin sayəsində son qoyuldu. 2020-ci il sentyabrın 27-də başlanan Böyük Vətən müharibəsinə noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə son qoyuldu. Bəyanatda Kəlbəcər rayonunun 15 noyabr tarixində Azərbaycana təhvil verilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfinin xahişi ilə bu tarix noyabrın 25-nə qədər uzadıldı və nəhayət 2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi.

İmanova Xanım- Zərdab rayon Heydər Əliyev Mərkəzinin əmkdaşı

 

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir

1988-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumuna dözə bilmədi, işğal olundu. Bu fürsəti əldən buraxmayan düşmənlər ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Beləliklə, 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yeriə yetirilmədi..

2020-ci il 15 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ermənistan əhalisi məğlubiyyətlə barışa bilməyərək bölgədə ekoloji terror həyata keçirmişlər. Kəlbəcərin Azad olunması təkcə kəlbəcərlilərin, bakılıların, ağdamlıların bayramı yox, 60 milyonluq bütöv Azərbaycanın bayramıdır. Kəlbəcər coğrafi məkan yox, unikal təbii sərvətləri baxımından, strateji bölgə olması baxımından digər rayonlardan fərqlənir.Kəlbəcərsiz Azərbaycan yarımcan bir orqan kimidir. Biz əminik ki,  qısa zaman ərzində Kəlbəcərin təbii sərvətləri hesabına, turizm potensialı hesabına qeyri-neft sektorunu çox geniş inkişaf etdirmək olacaq. Azərbaycan iqtisadiyyatına töhfəsini verən ən birinci rayonlardan biri olacaq.

İmanova Xanım – Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

 

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prossesi sürətlə inkişaf edir.

 Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Beynəlxalq hüquq həmişə Azərbaycan tərəfində olub. Azərbaycan bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Bu mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq, əhalimizin sosial rifahı daha da yaxşılaşacaq və Vətənimiz gündən-günə çiçəklənəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hacızadə Aişə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki