image-qanunla-reklam
image-kelbecer1

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

image-lady-day-az

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

Kəlbəcər rayonu 2020-ci il 25 noyabr tarixində işğaldan azad olundu.  İki ildir ki, Kəlbəcər azaddır.29 il əvvəli – Kəlbəcərin işğalını xatırlayaq.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə görə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, ikili standartlarla fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə qanunun icrasını tələb etmədi.

Prezident İlham Əliyev Kəlbəcər uğrunda döyüşləri çox dəqiqliklə analiz etmişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Prezidentin diplomatik qələbəsi sayəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir.  İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Bir sözlə, hazırda Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Kəlbəcərin döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər  rayonu qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Belə ki, noyabrın 25-də Kəlbəcər  rayonu  artıq işğaldan azad olundu. İşğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Beləliklə, 27 illik işğaldan sonra Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu.

Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Kəlbəcərin işğalı nəticəsində onminlərlə soyda­şımız məcburi köçkünə çevrilmişdi. İllərdir tor­paqlarımızı işğal altında saxlayan erməni vandalla­rının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalından bir neçə gün sonra, 1993-cü il aprelin 30-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.

Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri, məktəbləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Kəlbəcər rayonunun işğalı, o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Tarixi faktlardan məlum olduğu kimi,1987-ci ilin sonunda Ermənistan açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsinə iddia qaldırdı. Bu iddialardan öncə Ermənistanın təhriki ilə Azərbaycanın Qarabağ bölgəsində, eləcə də, Ermənistanda yaşayan azərbaycanlılara qarşı mülki şəxslərin ölümü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnmiş hücumlar baş vermişdir. Ərazi iddialarının irəli sürülməsindən qısa bir müddət sonra, 250.000-dən çox azərbaycanlı Ermənistandan qovuldu. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində isə, münaqişə konkret olaraq, hərbi mərhələyə qədəm qoydu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də,  Kəlbəcər rayonu olub. Kəlbəcər rayonunun işğalı, o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

«Kəlbəcər» toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur.

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

Qürurverici bir haldır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı.

Müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasına start verilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Şanlı Zəfər Kəlbəcərə parlaq gələcək üçün yollar açıb

Prezident İlham Əliyev Kəlbəcəri artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir

Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal müddətində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonunun sənaye əhəmiyyətli ehtiyatları çoxdur. Rayon ərazisində qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı, obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə “sarı metal”ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması fonunda Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə olunması ilə daha da artacaqdır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Rayon ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarixi abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar heç zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır.

Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdiriləcək. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ-çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Dövlət başçısı İlham Əliyev işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazisində böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Torpaqlarımızın azadlığı kimi, bu işlər də qısa zamanda uğurla öz həllini tapacaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Kəlbəcər – dağların qoynunda möhtəşəm inci

Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir.

Artıq Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb və 26 iyunda dövlət başçımıza təqdim edilib. Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin də araşdırıldığı Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Artıq hərbi hissələr, ictimai yerlər fəaliyyət göstərən şəhərdə, bu ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək.

Ümumiyyətlə, Kəlbəcərin 77,3  min nəfər (keçmiş Ağdərə rayonunun ləğvi ilə əlaqədar Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilmiş yaşayış məntəqələri üzrə əlavə 18 min nəfər də nəzərə alınmalıdır, ümumilikdə rayon əhalisi təxminən 95300 nəfər təşkil edir) əhalisinin 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcəyi planlaşdırılır. Yəni əvvəlki 124 kənd yeni 56 kənd miqyasında birləşdiriləcək və ilk növbədə 13 yaşayış məntəqəsi bərpa olunacaq.

Kəlbəcər şəhəri Gəncə şəhəri və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcəkdir. Kəlbəcər şəhərinə nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarından istifadə olunması planlaşdırılır.

Müzəffər Ali Baş Komandan 27 illik işğal zamanı mənfur düşmənin törətdiyi vandallıqları, eyni zamanda torpaqlarımızı azadlığına qovuşduran qəhrəman ordumuzun şücaətini özündə əks etdirən Kəlbəcər Zəfər və İşğal muzeylərinin də təməllərini qoydu. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.

Kəlbəcər Azərbaycanın ziyalılar, alimlər, saz-söz, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub.

Hələ ötənilki səfəri zamanı “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir” söyləyən cənab Prezidentin bu istəyi də artıq reallığa çevrilir.

Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfər edərək “İstisu” sanatoriyasının təməlini öz əlləri ilə qoyan dövlət başçımız söylədi ki, “İstisu” sanatoriyası və “İstisu” mineral və müalicəvi  suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi: “Bu gün biz – bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq”.

Qeyd edim ki, öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, “İstisu” dünyada məşhur olan Karlovı Varı bulaqlarının (Çexiya) eynidir, lakin bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti özünə qaytarılacaq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Beynəlxalq ictimaiyyət erməni barbarlarının vəhşiliyi ilə Kəlbəcərdə də tanış olmuşdur

Azərbaycan dövləti Vətən müharibəsindən dərhal sonra azad etdiyi torpaqlarına müxtəlif ölkələrdən olan diplomatların, ictimaiyyət, media nümayəndələrinin səfərlərini təşkil edir, barbar xislətli ermənilərin Qarabağda və Şərqi Zəngəzurda 30 il ərzində törətdiyi vandallıqlara beynəlxalq aləmin də əyani şahid olmasına şərait yaradır.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin Kəlbəcərə təşkil edilən səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Səfərin məqsədi ermənilər tərəfindən Kəlbəcərdə törədilmiş dağıntıları, vəhşilikləri, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemləri, törətdikləri qətliam və soyqırımlarını diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaq idi. Ermənilərin dini abidələrimizi təhqir etməsi ilə bağlı məlumatlandırılan qonaqlar Kəlbəcər şəhərində erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən infrastrukturla da tanış oldular. Burada məscid, bayraq meydanı, tarix-diyarşünaslıq muzeyi, qədim daş heykəllər və şahmat məktəbinin binasının dağıntılarının şahidi olan nümayəndə heyətinə şəhərin tarixi, dağıdılmış binaları barədə məlumat verildi, erməni işğalından əvvəl Kəlbəcərdə çəkilmiş şəkillər göstərildi.

Eyni zamanda diplomatik korpusun nümayəndələri Kəlbəcərdə həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair barədə məlumatlandırıldı.

“İstisu” sanatoriyasına da baş çəkən nümayəndə heyətinə erməni vandalları tərəfindən ərazilərimiz işğal olunandan sonra buradakı təbii sərvətləri də istismar etdikləri bildirildi.

Erməni barbarları 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda mədəni irsimizin qəsdən məhv edilməsi, dəyişdirilməsi və oğurlanması kimi cinayət əməlləri törədiblər. İşğalçılar tarixi yurdlarımızdakı toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, maddi-mədəni, dini abidələrimizə saxta iddia irəli sürə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq onları vəhşicəsinə dağıdıblar, öz dırnaqarası “qəhrəman”larına abidələr ucaldıblar.

Mənfur ermənilərin törətdiyi bütün bu cinayət əməlləri barədə beynəlxalq ictimaiyyətin müntəzəm məlumatlandırılması da qarşımızda duran vacib vəzifələrdən biridir.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

İkinci Qarabağ müharibəsinin ən uğurlu nəticələrindən biri də Kəlbəcər rayonunun işğaldan azal edilməsi oldu

1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər 2020-ci il noyabrın 10-da üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış bəyanata əsasən 25 noyabrda Azərbaycana təhvil verildi. Bu münasibətlə Prezident, Ali Baş Komandan İlham Əliyev müraciətində Azərbaycan xalqını ürəkdən təbrik etməklə yanaşı, bildirmişdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Ancaq indi Kəlbəcər azaddır və uzun illərin həsrətinə son qoyuldu. Heç şübhə yoxdur ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də tezliklə Azərbaycanın inkişaf etmiş güşələrindən birinə çevriləcək, erməni vandalizminin izləri ancaq tarixin arxivlərində qalacaq.

Ötən əsrin 70-ci illərində Azərbaycanda başlanmış inkişaf Kəlbəcər rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmağa başlamışdı. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olduqdan sonra Kəlbəcərdə mühüm iqtisadi islahatlar həyata keçirilmişdi. Ulu öndərin qəbul etdiyi qərarlardan sonra əvvəllər perspektivsiz hesab edilən Kəlbəcər rayonu sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə, böyük siyasi xadim Heydər Əliyev Kəlbəcər rayonunun strateji əhəmiyyətini gözəl bilirdi. Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Ərazisinin xeyli hissəsi sonralar Ermənistan adlanan dövlətin Göyçə mahalının Basarkeçər rayonu ilə həmsərhəddir. Buna görə də, təsadüfi deyil ki, ermənilər hələ keçmiş SSRİ vaxtında Kəlbəcərə göz dikmiş və rayonu Ermənistana birləşdirmək planı hazırlamışdılar. Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində həmin bədnam planın qarşısını almış və Kəlbəcərin qədim Azərbaycan torpağı olduğunu həyata keçirdiyi sosial-iqtisadi layihələrlə isbatlamışdı.

Ancaq ermənilər öz məkrli planlarını 1993-cü ildə həyata keçirməyə müvəffəq olmuşdular. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdı. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. Azərbaycanın işğal edilmiş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin işğalı nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və s. Ermənistan tərəfindən xarabazara çevrilmişdi.

Təsadüfi deyil ki, Kəlbəcər rayonunun işğalı o vaxt üçün Birinci Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti kimi qiymətləndirilmişdi. Belə ki, o zaman Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı.

Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev Kəlbəcər rayonunun işğal altına düşməsinin böyük faciə olduğunu xatırlatmış və 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsinin Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdığını diqqətə çatdırmışdı. Düşmənin məqsədinin məhz bundan ibarət olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdi ki, Kəlbəcərin işğal altına düşməsindən sonra, demək olar, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmışdı. Prezident İlham Əliyev xüsusilə bildirmişdi ki, Kəlbəcərin işğalı və oraya silahlar, texnikalar, canlı qüvvərin yeridilməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə də böyük üstünlüklər təmin etmişdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi kağız parçası olaraq masada qalmışdı

Kəlbəcərin işğal olunmuş ərazisində bir çox tarixi abidələr düşmən əlində qalmış, 900 kvadratmetr sahəsi olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyində və böyük kitabxanada saxlanılan bütün maddi-mənəvi dəyərlər ermənilər tərəfindən talan edilmişdi. Qafqaz Albaniyası dövründəki çoxsaylı abidələr işğalçılar tərəfindən ya mənimsənilmiş, ya da dağıdılmışdı. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidə var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. Abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilmiş, XV əsrdə isə alban knyazlığının dini məbədi olmuşdu. Ancaq 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra Xudavəng monastır kompleksi dünyaya erməni abidəsi kimi təqdim olunmağa başlanmışdı. Lakin buradakı kitabələrdə qeyd olunan türk adları abidəni ucaldanların etnik mənsubiyyətinin dəqiq göstəricilərindən biri sayılır. Ən əsası, hazırda Xudavəng monastrının dini varisləri geri qayıtmışdır. Belə ki, Alban-udin xristian icması artıq Xudavəng monastırında öz dini ayinlərini keçirirlər. Xatırladaq ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir. Qeyd etmək yerinə düşər ki, erməni vandalları Kəlbəcərin faydalı qazıntılarını da vəhşicəsinə istismar etmişdilər. 2020-ci ilin noyabrında Kəlbəcəri tərk edərkən erməni vandalları özləri ilə götürə bilmədiklərini dağıtmaqla və obyektlərə od vurmaqla da dünya mətbuatının diqqət mərkəzinə düşmüşdülər.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdu. Lakin İkinci Qarabağ müharibəsinin başlanmasına qədər həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdi. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul etmişdi.

Lakin həmin qətnamələr də kağız parçası olaraq masada qalmışdı. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmışdı. 1994-cü ildə tərəflərin atəşkəs razılaşmasından sonra ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları nəticəsiz yekunlaşmış, yalnız Azərbaycan xalqının böyük dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz erməni işğalına soy qoymuş və qətnamələri yerinə yetirmişdi.
Ümummilli lider Heydər Əliyev Kəlbəcər sakinləri ilə çoxsaylı görüşlərinin birində əmin olduğunu bildirmişdi ki, xalqımız, o cümlədən, kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər. Həmin görüşdə ulu öndər böyük əraziyə malik olan Kəlbəcərin Azərbaycanın gözəl və qiymətli guşələrindən biri olduğunu vurğulamış və respublikamızın ucqar dağ rayonu olmaqla bərabər, Kəlbəcərin ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayon olduğunu diqqətə çatdırmışdı: “Allah Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki