image-qanunla-reklam
image-16536546581823125934_1000x669

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

image-lady-day-az

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu öz tarixi missiyasını uğurla və ləyaqətlə tamamladı. 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızın düşməndən öz gücümüzə azad edilməsi dövlətimizin iqtisadi potensialını və hərbi qüdrətini bir daha bütün dünyaya sübut etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı və sürətli işlər ölkəmizin iqtisadi gücünün göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. İşğaldan azad edilmiş digər ərazilər kimi Füzuli rayonu ərazisində də infrastruktur layihələrin icrası sürətlə və uğurla davam etdirilir. Beynəlxalq və regional əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün reallaşdırılan layihələr “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına əsaslanır. Bu, həm də Azərbaycan dövlətinin öz vətəndaşları üçün ən yüksək standartları tətbiq etməsindən xəbər verir. O cümlədən, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası yaradılır ki, bu da müasir qlobal çağırışların Azərbaycanda uğurla gerçəkləşdiyini göstərir. Görülən bütün bu işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağımız cənnətə çevriləcəkdir. Qarabağ Azərbaycandır!.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki