image-qanunla-reklam
image-1666333534-kadirov-cavusoglu-1659901901

Kadırovun oğullarını müharibəyə göndərməsi xəbəri yalan imiş

image-lady-day-az

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğullarını cəbhəyə göndərməsi ilə bağlı mesajları saxtadır və onlarla videolar səhnələşdirilir.

“Qanunla.az” xəbər verir ki, bu barədə Şeyx Mənsur adına çeçen batalyonunun spikeri İslam Belokiyev bildirib. O, həmçinin Kadırovun iddia edilən ordusu ilə bağlı deyib ki, ordusunu təbliğ etmək üçün mülki şəxslərin hərbi geyimdə olduğu təbliğat videoları göstərir: “Bunlar Fövqəladə Hallar Nazirliyi və Ramzanın qohumlarıdır. Əslində o döyüşçülər yoxdur… Bu, sadəcə bir şəkildir, başqa heç nə”.

Oktyabrın 20-də Kadırov bildirib ki, onun azyaşlı oğulları təmas xəttinə gedib. Daha sonra o, ukraynalı hərbçilərin də oğulları tərəfindən əsir götürüldüyünü yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki