image-qanunla-reklam
image-1681654658_2857457-58895148-2560-1440

İtaliya millisinin hücumçusu ağır qəzaya düşdü

image-lady-day-az

İtaliya millisi və “Latsio”nun hücumçusu Çiro İmmobile Romada ağır avtomobil qəzasına düşüb.

QANUNLA.AZ  xəbər verir ki, hadisə bu gün baş verib.

Qəza şahidlərinin sözlərinə görə, futbolçunun idarə etdiyi “Land Rover” yolsuzluq avtomobili Prati şəhərinin mərkəzində kəsişmədə tramvaya çırpılıb. Zərbə güclü olub və maşının ön hissəsi tamamilə dağılıb. Tramvay da zədələnərək relsdən çıxıb.

Hadisə zamanı futbolçunun onurğası deformasiya olub və qabırğası sınıb. Onunla birlikdə maşında qızlarından biri də olub və o xəsarətsiz qurtulub.

Tramvay sürücüsü və daha iki sərnişin yaralanaraq xəstəxanaya aparılıb.

Polis qəza yerində araşdırma aparır. Hadisə şahidlərinin sözlərinə görə, tramvay işıqforun qırmızı işığında kəsişmədən keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki