image-qanunla-reklam
image-1693038243_depositphotos_11276990_l-pic_32ratio_900x600-900x600-97086

İsveç də dini kitabların yandırılmasını qadağan edəcək? – AÇIQLAMA

image-lady-day-az

İsveç hakimiyyəti dini kitabların yandırılmasını qadağan etməyəcək. 

“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib. Onun sözlərinə görə, çünki bu, krallığın konstitusiyasına düzəlişlər edilməsini tələb edir.

“Kəskin təhdidlərə məruz qalan hər bir ölkə onlarla mübarizə aparmaq üçün öz yolunu seçir”, – İsveçin baş naziri deyib.

Eyni zamanda o vurğulayıb ki, Danimarkanın qərarına böyük hörmətlə yanaşır, lakin İsveç üçün ondan nümunə götürmək konstitusiyaya dəyişiklik etmək demək olardı, ona görə də bu, krallıq üçün uyğun yol deyil.

Xatırladaq ki, Danimarkanın ədliyyə naziri Peter Hummelqord bu yaxınlarda hökumətin dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki