image-qanunla-reklam
image-1662793992-12771843_180994355611278_5392388029052345648_o

İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçəcək

image-lady-day-az

İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə hazırlaşır.

Qanunla.az xəbər verir ki, bu barədə “El Mundo” qəzetinin məlumatında qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinə (APU) tanklardan və raket sistemlərindən istifadə qaydalarını öyrədiləcək. Bundan əlavə, əsgərlərə hərbi tibb və istehkamçılıq üzrə təlimlər keçiləcək.

Qeyd olunur ki, təlim prosesinə hərbçilər, İspaniya ordusunun trenajorları və maşınları, eləcə də gələcəkdə döyüş əməliyyatları zamanı istifadə olunacaq silahlar cəlb olunacaq. Təlimin əhəmiyyətli hissəsi krallığın Müdafiə Nazirliyinin Saraqosadakı obyektlərində keçiriləcək, burada əvvəllər Ukrayna Silahlı Qüvvələrinin 600-ə yaxın yaralı əsgəri gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki