image-qanunla-reklam
image-royzman

İşğalı pisləyən məşhur rusiyalı müxalifətçi saxlanıldı

image-lady-day-az

Rusiyada Ukraynada genişmiqyaslı müharibənin əleyhinə çıxış edən Yekaterinburqun keçmiş meri, müxalifətçi Yevgeni Royzman saxlanılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, müxalifətçinin vəkilləri onunla hələ də görüşə bilməyiblər.

“Onun evində, fondunda və yaratdığı Nevyansk ikonasının muzeyində axtarışlar aparılıb. Muzeydən ikonalar yığışdırılıb, təhlükəsizlik qüvvələri fondun sənədlərini ələ keçirib. Royzmanın mənzilindən içərisində əşyalar və kompüter olan bir neçə bağlama da çıxarılıb. O, dəfələrlə Putin rejiminə qarşı çıxış edib və Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibəni pisləyib”, – məlumatda deyilib.

Royzmanın özü də mənzildən çıxarılarkən jurnalistlərə bildirib ki, ona qarşı iş əslində bir cümlə ilə açılıb:

“Rusiya Ukraynadakı genişmiqyaslı müharibəni “xüsusi əməliyyat”, mən isə bunu açıq şəkildə işğal adlandırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki