image-qanunla-reklam
image-editor_d5a17cf94c41c07c379e720ecf7d9712_j1fa3cztg8lm5uspiw7n

İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir

image-lady-day-az

İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir

İkinci Qarabağ müharibəsində müzəffər ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin həyata keçirilməsi davam etməkdədir. Torpaqlarımızda artıq böyük inkişafın təməlləri atılmışdır. Hazırda dövlətimizin qarşısında dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. Bildiyimiz kimi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində regionda başladılan yenidənqurma və bərpa işləri öz bəhrəsini verməyə başlayıb. Dünyanın heç bir ölkəsindən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası üçün hökumət çoxsaylı tədbirlər həyata keçirir.

Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də dünyada uğurlu inteqrasiyaya nail olmaqla regional və beynəlxalq arenada inkişafı təmin etməkdir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, Şuşa şəhərində əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan cənab İlham Əliyev erməni işğalı nəticəsində didərgin düşmüş vətəndaşların müharibədən sonra öz doğma yurdlarına qayıtmaları üçün əlindən gələni edir.  Qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Ermənilər tərəfindən dağıdılmış ərazilərin yenidən qurulması ölkədə tikinti sahəsinin inkişafına təkan verəcək.

Göründüyü kimi, ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.

 

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki