image-qanunla-reklam
image-media-5fa132257d1be-yeflk82h0jr5v6ztu1mp

İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər

image-lady-day-az

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında “Böyük  Ermənistan” kimi süni xülyalardan ruhlanaraq azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Faşist ideologiyalı ermənilər təkcə insanlarımızın deyil, təbiətimizin, tarixi, mədəni, dini irsimizin də qəniminə çevrilmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyublar. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə  aydın oldu. Məlumdur ki, bu dağıntılar müharibə zamanı törədilə bilməzdi. İşğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər. Müharibə dövründə ermənilər evləri, binaları kərpic-kərpic sökərək talançılıq, soyğunçuluq törədiblər.  Bu ərazilərdəki qəbiristanlıqlar da eyni aqibətlə üzləşiblər. Qəbir daşları ermənilər tərəfindən dağıdılıb, məzar daşlarının bir qismi Ermənistana aparılıb. Cəbrayılın şəhər qəbiristanlığı ermənilər tərəfindən tamamilə barbarlığa məruz qalıb. Bu məzarlıqda bir dənə də olsun salamat qəbir qoymayıblar. Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ölülərdən belə intiqam alırdılar. Elə ona görə də işğalçılar qəsdən, bilərəkdən və planlı, şəkildə təkcə evləri, məscidləri deyil, qəbirləri də dağıdırdılar. Bu, vandalizmin ən iyrənc təzahürü idi. Zəfərlə bitən haqq savaşımızdan sonra o torpaqlarda hazırda quruculuq, abadlıq işləri aparılır, müasir yollar, hava limanları tikilib istifadəyə  verilir, böyük layihələrin təməli qoyulur. 30 illik işğal dövründə barbar qonşularımız tərəfindən məqsədli şəkildə xarabazara çevrilmiş ərazilərimiz indi cənnətə dönür.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki