image-qanunla-reklam
image-1659339902_avtomat-krakocner

İrəvanda silahlı atışma oldu

image-lady-day-az

Ermənistanın paytaxt şəhəri İrəvanın mərkəzində atışma baş verib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, atışmada iki qruplaşma iştirak edib.

“İyulun 31-də axşam saatlarında Mərkəzi Polis Şöbəsinə İrəvanın İsakyan ünvanında atışma barədə məlumat daxil olub. Ümumilikdə 12 atəş açılıb. Qeyd olunur ki, hadisə yerinə gələn polislər uzun müddət əraziyə keçə bilməyib. Atəş açanlar ərazini tərk etdikdən sonra polis hadisə yerindən güllə gilizlərini, taxta dəyənəkləri toplaya bilib. Həmçinin cinayətkarlara aid iki avtomobil (“Volksvagen” və “Nissan”) hadisə yerində qalıb. Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir”, – deyə erməni mətbuatı yazır.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki