image-qanunla-reklam
image-1670482457-demonstrators-protest-against-death-of-mahsa-amini-1663968288-1

İranın keçmiş prezidenti ölkədəki aksiyalara dəstək verdi

image-lady-day-az

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə 3 aydır aksiyalar keçirən etirazçılara dəstək verib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hatəmi açıqlama yayıb.

Onun sözlərinə görə, İran cəmiyyəti “Qadın, həyat, azadlıq” şüarı ilə daha yaxşı gələcək arzusunu nümayiş etdirir.

“Azadlıq və təhlükəsizlik bir-birinə zidd olmamalıdır. Təhlükəsizlik naminə azadlıq pozula bilməz və azadlıq naminə təhlükəsizliyə laqeyd yanaşmaq olmaz”, – deyə sabiq prezident bildirib.

Qeyd edək ki, Hatəmi 1997-2005-ci illərdə İranın prezidenti olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki