İranda çirkli pulların yuyulması ilə bağlı gizlin sənədlər ələ keçirilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Anonymous” xakerlər qrupu məlumat yayıb.

Bildirilib ki, çirkli pullar Çinin vasitəsilə ölkədən çıxarılaraq şəxsi hesaba köçürülürmüş.

Bundan əlavə, qrup İranın Atom Enerjisi Təşkilatının saytını sındırıldığını açıqlayıb.

Məlumatda bildirilir ki, bundan sonra da ədalət və İran xalqının azadlığı üçün bu kimi hallar davam etdiriləcək.