image-qanunla-reklam
image-1664950825_iran_earthquake1_230220

İrandakı zəlzələdə 300-ə yaxın şəxs yaralandı

image-lady-day-az

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

Qanunla.az istinadən xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki