image-qanunla-reklam
image-1673329445_63bc9f863b15563bc9f863b156167330599063bc9f863b15263bc9f863b153

İranda eks-prezidentin qızı HƏBS EDİLDİ

image-lady-day-az

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, İran Məclisinin (parlamentin) keçmiş üzvü, tanınmış qadın hüquq müdafiəçisi Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları qızışdırdığına görə həbs cəzasına məhkum edilib. Bu barədə onun vəkili Nida Şəms məlumat yayıb.

O qeyd edib ki, Haşimi-Rəfsəncani sentyabrın 27-də Evin həbsxanasında həbs edilib:

“Müvəkkilim sakinləri nümayişə təhrik etdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. Biz qanun çərçivəsində bu qərardan şikayət verməyə çalışacağıq”.

60 yaşlı fəal həmçinin “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hakimiyyət sisteminə qarşı təbliğatda” da ittiham olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki