image-qanunla-reklam
image-1662628174-3351687

İran təyyarələri Rusiyaya naməlum yüklər daşımağa başlayıb

image-lady-day-az

İranın yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb. 

Qanunla.az xəbər verir ki, bu barədə “Flightradar” uçuş izləmə portalının məlumatında qeyd olunub.

Portalda İranın dövlət aviaşirkəti olan Iran Air-in “Boeing 747-21AC” daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yayılıb. Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün o, yenidən İrana qayıdıb.

Ümumilikdə, avqustun 21-dən etibarən İrandan üç belə uçuş müşahidə edilib. İran təyyarələrində hansı yükün olduğu məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki