image-qanunla-reklam
image-1665917346-1642496285-iran-defies-powers-with-missile-display-amid-nuclear-negotiations-696x497

İran Rusiyaya Ukraynada müharibə üçün ballistik raketlər vermək istəyir – The Washington Post

image-lady-day-az

İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiya Federasiyasına ötürməyi planlaşdırır. Bu, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatının gəldiyi nəticədir. Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.

Qanunla.Az  xəbər verir ki, bu barədə Washington Post-a iki amerikalı məmur məlumat verib.

Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısa mənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.

Nəşrin məlumatına görə, İran Yaxın Şərqdə qısa və orta mənzilli raketlərin ən böyük və ən müxtəlif arsenallarından birinə malikdir.

“Fateh-110 və “Zülfüqar”ın ən yeni versiyaları həm güclü, həm də nisbətən qısa məsafələrdə kifayət qədər dəqiq hesab olunur. Bəzi modellər raket operatorlarına hədəfə son yaxınlaşma zamanı onları idarə etməyə imkan verən elektro-optik yönləndirmə sistemləri ilə təchiz olunub”, – deyə qəzet yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki