image-qanunla-reklam
image-1669122522_630_360_1665475012-102

İran PUA-larının əksər hissələri ABŞ şirkətləri tərəfindən istehsal olunur

image-lady-day-az

Ukraynada İran pilotsuz təyyarələrinin vurulması ilə bağlı toplanan kəşfiyyat məlumatları göstərir ki, bu cihazların əksər hissələri ABŞ, Avropa və digər müttəfiq ölkələrin şirkətləri tərəfindən istehsal olunur.

Qanunla.Az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” BMqT-nin Kəşfiyyat Baş İdarəsinə istinadən məlumat yayıb.

“Ukraynada vurulmuş İran pilotsuz təyyarələrindən toplanmış yeni kəşfiyyat məlumatları göstərir ki, təyyarənin hissələrinin əksəriyyəti ABŞ, Avropa və digər müttəfiq ölkələrdəki şirkətlər tərəfindən istehsal olunur. Bu da Qərb rəsmiləri və analitiklərinin narahatlığına səbəb olur və ABŞ hökumətini araşdırma aparmağa vadar edir”.

Nəşr qeyd edir ki, Ukrayna hərbi kəşfiyyatının mütəxəssisləri təhqiqat aparıblar: İran pilotsuz təyyarələrinin komponentlərinin dörddə üçü Amerika istehsalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki