image-qanunla-reklam
image-1666159655_screenshot_2-gigapixel-width-1334px221-e1665581061600

İran hərbçiləri ruslara dronları idarə etməyi öyrədir

image-lady-day-az

İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri Rusiyanın ilhaq etdiyi Krıma gəlib və Rusiya hərbçilərinə Şahed-136 kamikadze dronlarından istifadə etmək üçün təlim keçirlər.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.

“Krımdakı iranlı personal yəqin ki, pilotsuz təyyarələrin təlimatçılarıdır. İranlılar Rusiya hərbçilərinə dronlardan istifadə qaydasını öyrədirlər”.

Mütəxəssislər qeyd edirlər ki, sentyabrın ortalarından etibarən Rusiya qoşunları Ukraynadakı mülki hədəflərə qarşı onlarla “Şahed-136” göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki