image-qanunla-reklam
image-1675148463_irgc-boat-reu-1960963_2

İran Fars körfəzində 5 qayığı ələ keçirdi

image-lady-day-az

İran Fars körfəzində qaçaq yanacaq daşıdıqları səbəbiylə 5 qayığı ələ keçirib, hadisə ilə əlaqədar 23 nəfəri həbs edib.

“Qanunla.az” xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Mücteba Kahramani Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq yüklü olduğu aşkarlanan 5 qayıqda əməliyyat keçirildiyini bildirib.

İnqilab Keşikçiləri Ordusunun əməliyyatı nəticəsində qayıqlardan 400 min litr qaçaq yanacaq ələ keçirildiyini qeyd edən Kahramani, qayıqların müsadirə edildiyini və hadisə ilə əlaqədar 23 nəfərin həbs edildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki