image-qanunla-reklam
image-e7930c5c-a1c1-38a0-820e-feb19492afdf

İqtisadi inkişafın əsas göstəricilərindən biri

image-lady-day-az

İqtisadi inkişafın əsas göstəricilərindən biri.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha da zirvəyə qaldıracaq, inkişaf etdirəcək.

Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış etmişdir.
Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmədiklərini bildirib. O vurğulayıb ki, ölkəsinin enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin edilib və bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqlarırazılaşmanın hələ qısamüddətli bir layihə olduğunu, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını söyləyib. O əlavə edib ki, bununla bağlı yol xəritəsi var və yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Bütövlükdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq platformalara qoşulmaqla öz maraqlarını, inkişafını dünyaya təqdim edir.

 

Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki