image-qanunla-reklam
image-1673375967-ilhamprez

İqtisadi inkişafın əsas göstəricilərindən biri

image-lady-day-az

İqtisadi inkişafın əsas göstəricilərindən biri

Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il bundan əvvəl tam təmin olunub. İndi Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edir o cümlədən xam nefti, təbii qazı, neft kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Vətən müharibəsi ərəfəsində enerji daşıyıcı qurğuları məhv etmək niyyətində olan Ermənistan tərəfinin bu məkrli planı iflasa uğradı. Ali baş komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük qələbə sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin olundu. Bu gün dünyada etibarlı əməkdaşlığın simvoluna çevrilmiş Azərbaycan Respublikası Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Ukrayna-Rusiya müharibəsi beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklərə səbəb oldu. Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət dəyişən dünyada ölkəmizin imicinə müsbət təsir göstərmişdir.

Artıq bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda və aparıcı dünya dövlətlərində ölkəmizə qarşı aparılan qərəzli siyasi fəaliyyətlər iflasa uğrayır. Azərbaycan dünyanın etibarlı enerji mənbəyi olduğunu bütün dünya qəbul edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadi cəhətdən çiçəklənmə dövrünü yaşayır.

Müstəqil Azərbaycan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi daha böyük uğurlara imza atacaq.

Rasif Qaçayzadə – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 

Enerji potensialı

Cənab Prezident İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında qeyd etmişdir ki, “Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir”.

Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki ölkəmiz bütün sahələr böyük inkişafa nail olmuşdur. Azərbaycanda enerji təhlükəsizliyizi hələ bir neçə il əvvəl təmin edilib. Bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi biz onun sayəsində ixracımızı şaxələndirəcəyik.Əlbətdə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaradılacaq.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdarları ilə başa çatdırıb, Azərbaycandan Cənuba Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Cənab Prezident  çıxışında, təbii qaz ixracımızın artdığını, 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacağını vurğulamışdır.

Ölkəmizdə quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qeqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var.

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

Meqa enerji layihəsi

4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təchizatı zərurətinə söykənir. Azərbaycanın bərpa edilən enerji ehtiyatları isə quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpaedilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək ixrac edə biləcəyini göstərir.

Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Bu nailiyyətlər sadəcə, enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın rifahının daha yüksək səviyyədə təmin olunması deməkdir.

Kəmalə Əliyeva – Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru

 

Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri

Azərbaycan Respublikası müstəqilliyinin ikinci yarısından sonra iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində yeni əməkdaşlıq imkanları mövcuddur. BƏƏ yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlıq edir, gələcəkdə də daha çox bu sahədə fəaliyyət göstərmək niyyətindədir. Qaradağda Günəş Elektrik stansiyasının yaradılması Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlığın ən yüksək nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir. Gələcəkdə mavi yanacaq nəqlinin artırılması nəzərdə tutulmuşdur. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa enerji bazarından çıxması Azərbaycanın enerji bazarında funksiyasını daha da artırmışdır.

Son zamanlar atılan addımlar Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan vasitəsilə Avropa enerji bazarlarına çıxmasına səbəb olmuşdur. Azərbaycan tək Avropanın enerji təhlükəsizliyində deyil, həm də İsrail, Türkiyə kimi dövlətlərin enerji təminatında mühüm əhəmiyyətə malikdir.

Son illər Azərbaycanda GES və KES-lərin yaradılması enerji ixracının artırılmasına xidmət edir. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Əhəmiyyətli əməkdaşlıq əlaqələri

Ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Son illərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu bir daha sübut etdi. Cənab Prezident İlham Əliyev mərasimdə çıxış edərək Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı olmadığını, ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlərin 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacağını, qeyd etdi

Fəti Fətizadə – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

Cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti ölkəmizin dünya birliyindəki əlaqələrini daha da genişləndirir. Vətən müharibəsindəki tarixi Qələbimizdən sonra respublikamızın nüfuzu daha da artıb. Dövət başçımızın postmüharibə dövründə xarici ölkələrə səfərləri, səfər çərçivəsində imzaladığı sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışları böyük maraqla izlənilir. Cənab Prezidentin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabi Dayanıqlıq Həftəsinin açılış mərasimində iştirakı ölkəmizə olan ehtiramın daha bir nümunəsidir.

Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı da bu məsələ diqqətə çatdırıldı. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.

Dövlət başçımız, həmçinin yeni imkanlar barəsində də məlumat verdi. Qeyd etdi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. 2022-ci il dekabrın 17- də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır.

Rəşad İsmayılov – Zərdab rayonu salahlı kənd ümumi orta məktəbinin direktoru

 

Meqa enerji layihəsi

Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımın nəticəsidir. Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb. Bu, ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təbii qazın tədarükünün artırılması ilə mümkün olacaq. Eyni zamanda, elektrik enerjisinin, xüsusilə “yaşıl enerji”nin ixracı, Azərbaycanın daha bir dəhlizin -“yaşıl enerji” dəhlizinin də əsas resurs mənbəyi olması hesabına reallaşacaq. Meqa layihə olan Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bərpaolunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzərin Azərbaycan sektorunun potensialı 157 qiqavat təşkil edir. Həmçinin İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki