image-qanunla-reklam
image-839146_odhztcqctn

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu

image-lady-day-az

Müstəqil Azərbaycan dövlətinin Qələbəsini rəsmiləşdirən 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın rəsmi şəkildə hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən bu Bəyanat gücümüzü bütün dünyaya göstərdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu məsələdə qardaş Türkiyənin qəti mövqeyini də yüksək qiymətləndirmək lazımdır. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.  Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Artıq dövlət sərhədlərimiz etibarlı əllərdə möhkəm qorunur, işğaldan azad olunan, düşmən tərəfindən tamamilə dağıdılmış ərazilərdə sürətli bərpa-quruculuq işləri gedir. Qarabağ və Şərqi Zəngəzura həyat sürətlə qayıdır. İki il öncəki hərbi əməliyyatların uğuruna bölgənin inkişaf strategiyası ilə dəyişən simasının qüruru da qarışaraq, Azərbaycan insanını sonsuz şəkildə fərəhləndirir.

Bu möhtəşəm Qələbə başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur. Azərbaycan xalqı və dövləti bu ehtişamlı Zəfərə bir gündə, bir ildə hazırlaşmadı. Torpaqlarımızı itirdiyimiz gündən qisas hissimiz və qəti sözümüz var idi. Tarixi yurdumuzu düşmən tapdağında qoymayacağıq!!! Amma əsl vaxt ölkəmizin iqtisadi qüdrətinə, hərbi potensialına bağlı idi.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin

 

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki