image-qanunla-reklam
image-reznikov-1

İlon Maskla birbaşa əlaqə saxladıq… – Reznikov

image-lady-day-az

Ukrayna artıq “Starlink” peyk terminallarını saxlamaqda problem yaşamamalıdır. İndi onun maliyyələşdirilməsi üçün ən azı üç mənbə var.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Terminalların ödənişi ilə bağlı problem zamanı vəziyyətdən çıxmaq üçün Kiyev İlon Maskla birbaşa əlaqə saxlayıb. Çünki bu, döyüşçülərimiz üçün ön xətdə mühüm rol oynayır”, – Reznikov bildirib.

Onun sözlərinə görə, Maskla əlaqə saxlamağı Ukrayna rəqəmsal transformasiya naziri Mixail Fyodorov öz üzərinə götürüb:

“O, rəqəmsallaşmaya görə cavabdehlik daşıyır və Maskla əlaqəsi var. Onların şəxsi ünsiyyəti mövcuddur və Mixail bu məsələ ilə bağlı son müzakirələri çox müsbət qiymətləndirib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki