Niderlandın müdafiə naziri Kaysa Ollonqren Ukraynaya səfər edib.
“Qanunla.az” xəbər verir ki, o, ukraynalı həmkarı Oleksiy Reznikova görüşüb.
Görüş zamanı Reznikova F-16 qırıcısının maketi hədiyyə edilib.
Bu barədə ukraynalı nazir özünün “X” səhifəsində yazıb: “İlk F-16 Niderlanddan Ukraynaya gətirildi! Böyük şahin ovu üçün geri sayım başladı!”
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevdə keçirilən görüşdə Ollonqren və Reznikov cəbhədəki vəziyyəti və Ukraynaya hərbi dəstək məsələsini müzakirə ediblər. Həmçinin Niderland Ukraynaya hərbi və hərbi-texniki yardım üçün artıq iki milyard avroya yaxın vəsait ayırıb.
F-16 kontekstində Niderlandın müdafiə naziri qeyd edib ki, Rumıniyada ukraynalı pilotların təliminə başlanılması planlaşdırılır.