image-qanunla-reklam
image-ilham-serencam1

İlham Əliyev 6 fərman, 1 sərəncam imzaladı

image-lady-day-az

Prezidet İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qanunla.Az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 75; 2013, № 12, maddə 1542; 2014, № 5, maddə 477; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 12 (I kitab), maddə 2285; 2018, № 8, maddə 1706; 2021, № 12, maddə 1417) 3-cü hissəsində “İqtisadiyyat” sözü “Daxili İşlər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Prezidet İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391; 2022, № 7, maddə 725) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.11.6.1-ci yarımbəndin “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “54,091,668.0” rəqəmləri müvafiq olaraq “5,810,010.0” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.11.6.1.2-ci yarımbənddə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. “Xərclərin istiqaməti” sütununda “Yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların və lisenziya” sözləri “Lisenziya” sözü ilə əvəz edilsin;

1.2.2. “Xərclərin məbləği” və “Mərkəzləşdirilmiş xərclər” sütunlarında müvafiq olaraq “48,291,668.0” rəqəmləri müvafiq olaraq “10,010.0” rəqəmləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 1.11.6.1-1-ci yarımbənd əlavə edilsin:

1.11.6.1-1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi) 48,281,658.0 48,281,658.0  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” 2010-cu il 12 mart tarixli 794 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 16 yanvar tarixli 228 nömrəli və “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 28 noyabr tarixli 893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 mart tarixli 794 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 222; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müqavilədən irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olunsun.”;

1.2. 4-cü hissədə “İqtisadiyyat” sözü “Xarici İşlər” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 228 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 41; 2016, № 8, maddə 1384) 3-cü hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1495; 2015, № 10, maddə 1192; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 578, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 3, maddə 485, № 8, maddə 1706) 6-cı hissəsində “İqtisadiyyat Nazirliyi bu Sərəncamın 5-ci hissəsinə uyğun olaraq” sözləri “Daxili İşlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.

***

Prezident İlham Əliyev Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlanması və yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 (I kitab), maddə 567, № 8 maddə 919, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1814 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“4.11.17. yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 981; 2010, № 7, maddə 610, № 8, maddə 720; 2012, № 2, maddə 79; 2014, № 2, maddə 123; 2015, № 9, maddə 1002; 2016, № 6, maddə 1037; 2017, № 10, maddə 1786) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində saxlanılan məlumatlardan yerli icra hakimiyyəti orqanlarına istifadə imkanlarının yaradılmasını təmin etsinlər.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.5-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

2.2. 3.3-cü, 3.8-ci, 4.1-ci bəndlərdə, 4.2-ci bəndin üçüncü abzasının birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

2.3. 4.4-cü və 5.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.4. Yeni nəqliyyat infrastrukturu obyektinin və ya adsız nəqliyyat infrastrukturu obyektinin adlandırılması barədə Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəqliyyat infrastrukturu obyektini adlandırır və 3 (üç) iş günü müddətində Dövlət Xidmətini bu barədə məlumatlandırır.”;

“5.1. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə münasibətdə ünvan reyestrinə daxil edilmiş ünvanın rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələr (bundan sonra – ünvan lövhələri) yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektləri istisna olmaqla, ünvan lövhələri tikinti obyektinin mülkiyyətçisinin (tikilməkdə olan tikinti obyektlərinə münasibətdə, həmçinin sifarişçisinin) və ya onun nümayəndəsinin müraciəti əsasında mülkiyyətçinin (sifarişçinin) vəsaiti hesabına həmin müraciətlə bağlı xidmət haqqı ödənildiyi gündən sonra 10 (on) iş günü müddətində yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir.”;

2.4. aşağıdakı məzmunda 5.3 – 5.5-ci bəndlər əlavə edilsin:

“5.3. Daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirir, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verirlər.

5.4. Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab edilir. Ünvan lövhələrinin qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

5.5. Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyirlər.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2007-ci il 22 may tarixli 578 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 578 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 460; 2017, № 3, maddə 353) 1.4-cü və 1.5-ci bəndlərindən “(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti)” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 avqust tarixli 1836 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 10.0-cı bəndindən “, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və onun müavini” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 28-ci hissəsindən və 55-2.5-ci bəndindən “, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592; 2020, № 2, maddə 109, № 5, maddə 556, № 6, maddə 700; 2021, № 3, maddə 229; 2022, № 1, maddə 24, № 3, maddə 223) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki