image-qanunla-reklam
image-599d40e3dd38d_tutuldu-640x369_1489220970

İki qardaş səsboğucu oğurladı

image-lady-day-az

Bakıda oğurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb.

Bu barədə Qanunla.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki